Avropada təhsil və
karyera yolunuzu
daha inamlı qurun.

Hun Edu Group xaricdə təhsil, dil kursları, iş intervyularına hazırlıq kimi karyera mərhələlərində peşəkarlar vasitəsi ilə sizə individual dəstək verir.

Hun Edu Group-da IELTS dərsi keçirilir
Individual Yanaşma prinsipi
01

Avropada nümayəndələr

Avropada yaşayan və çalışan peşəkar nümayəndələrimizin dəstəyi ilə təhsil və karyera prosesini daha rahat idarə edin.

02

Dil və intervyu hazırlığı

Akademik və peşəkar mühit üçün lazımi bacarıqları sistemli qazanın.

03

Individual planlama

Hədəflərinizə, səviyyənizə və vaxtınıza uyğun real yol xəritəsi qurulur.

Xidmətlər

Sizin üçün doğru proqramı seçirik.

Aa

Dil kursları

Akademik təhsil və xaricdə yaşam üçün dil biliklərinin gücləndirilməsi.

EU

Avropada təhsil

Universitet seçimi, sənədləşmə və qəbul prosesində peşəkar dəstək.

PR

Avropada peşə məktəbi

Peşə təhsili imkanları və uyğun istiqamətlər üçün konsultasiya.

UP

İxtisasartırma kursları

Karyera inkişafı üçün peşəkar bacarıqları artıran beynəlxalq səviyyədə tanınan sertifikat kursları.

ON

Distans təhsil imkanı

Vaxt və məkan məhdudiyyəti olmadan təhsil almaq istəyənlər üçün seçimlər.

IN

İntervyuya hazırlıq

Universitet, iş və viza müsahibələri üçün hazırlıq.

Hun Edu Group loqosu və ofis girişi Hun Edu Group ofis qapısı

Haqqımızda

Avropada təhsil, iş və adaptasiya prosesində karyera bələdçiniz.

Bizim Avropada çalışan peşəkar nümayəndələrimiz sizə istər təhsil üçün, istərsə də iş tapmaqda yol göstərir. Məqsədimiz xaricdə qarşılaşılan çətinlikləri minimuma endirməkdir.

  • Dil biliklərinin inkişafı və akademik hazırlıq
  • İntervyu və karyera planlaması
  • Cəmiyyətə daha rahat inteqrasiya üçün praktiki dəstək
Bizimlə əlaqə saxla

İstiqamətlər

Təhsil yolunuzu bu ölkələrdə planlayırıq.

Almaniya

Universitet, peşə təhsili, dil hazırlığı və adaptasiya dəstəyi.

Polşa

Avropa diplomu, uyğun proqram seçimi və sənədləşmə bələdçiliyi.

Moldova

Əlverişli təhsil imkanları və qəbul prosesinin idarə olunması.

Türkiyə

Universitet seçimi, ixtisas analizi və müraciət prosesinə dəstək.

Ofisimiz

Bakı mərkəzli, beynəlxalq istiqamətli komanda.

Caspian Plaza Business Center-də yerləşən ofisimizdə ilkin konsultasiya, proqram seçimi və hazırlıq mərhələləri planlanır. Konsultasiya hər ölkədə ixtisaslaşmış yerli nümayəndələrimiz tərəfindən həyata keçirilir. Karyeranızı peşəkarlara etibar edin.

Proses

Başlanğıcdan adaptasiyaya qədər yanınızdayıq.

1

Analiz

Təhsil, dil səviyyəsi, büdcə və karyera hədəfləri dəqiqləşdirilir.

2

Plan

Ölkə, proqram, dil hazırlığı və müraciət tarixləri seçilir.

3

Hazırlıq

Sənədlər, intervyu və lazımi bacarıqlar üçün mentorluq edilir.

4

Dəstək

Yolçuluqdan sonra adaptasiya və karyera addımları izlənir.

Əlaqə

Təhsil planınızı bizimlə müzakirə edin.

İlkin məlumat üçün ofisimizə yaxınlaşa və ya əlaqə nömrələriz ilə birbaşa zəng edə bilərsiniz.

Ünvan Caspian Plaza Business Center
Baku, Yasamal district
Jafar Jabbarli 44